Porajmos | |
---|---|
İkinci Dünya müharibəsi | |
Hücum yeri |
Üçüncü Reyx və onlar tərəfindən işğal olunmuş ərazilər |
Hücum hədəfi | Qaraçılar |
Vaxt |
1939–1945 |
Hücum üsulu | Soyqırım, etnik təmizləmə |
Həlak olanlar |
220.000–500.000 800.000[1] 1.5 milyon nəfər[2] |
Təşkilatçılar | Üçüncü Reyx |
Vikianbarda əlaqəli mediafayllar |
"Porajmos", Qaraçı holokostu, Qaraçı soyqırımı (rom. Porajmos; mənası – azərb. Dağıdılma), Parrayimos (rom. Porajmos; mənası – azərb. "Kəsmək" , "Parçalamaq" , "Dağıtmaq") və ya Samudaripen (azərb. kütləvi qətliam) — İkinci Dünya müharibəsi dövründə Nasist Almaniyası tərəfindən Şərqi Avropa ərazisində yaşayan qaraçı xalqına qarşı sistematik şəkildə həyata keçirilmiş soyqırım aktı.[3] 1935-ci ilin 26 noyabr tarixində Nürnberq qanunları olaraq tanınan, Avropada yaşayan etnik alman və yəhudi xalqlarının sinifləndirildiyi qanunlara yeni əlavələr edilmiş və bununla da qaraçılar irqin təməllərini sarsıdan düşmənlər olaraq təsinfatlandırılmışdır.
Bu dəyişikliklərlə Üçüncü Reyxin gözündə qaraçı ilə yəhudilərin eyni tərəzidə olduğu və aralında heç bir fərqin qoyulmadığı mesajı verilmişdir.[4] Bu səbəbdəndir ki, Holokost soyqırımının gedişatında etnik qaraçıların qətliamlarına da, rast gəlmək mümkündür. Holokost ilə Poraymos tarixi bir-birilə sıx bağlıdır.[4] Tarixçilər 1933-cü ildə Alman Nasional Sosialist Fəhlə Partiyasının hakimiyyətə gəlməsindən və müharibənin sonuna qədər Şərqi Avropada 200–500 min arasında qaraçının öldürüldüyünü təxmin etməkdədir.
Qaraçıların mütləq əksəriyyəti Avropanın dörd-bir tərəfindən yəhudilərin sürətli formada qətliamını icra etmək üçün təşkil edilmiş nasist həbs düşərgələrində öldürülmüşdür.[2] 1982-ci ildə Qərbi Almaniya müharibədən əvvəl və dönəmində qaraçılara qarşı törədilmiş hadisələrin soyqırım olduğunu rəsmən tanımışdır.[5][6] 2011-ci ildə Polşa 2 avqust tarixini Qaraçı Soyqırımı günü kimi qeyd etməkdədir.